Qaradağda ağır qəza baş verdi

Qaradağda ağır qəza baş verdi

Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində “Hunday” markalı minik avtomobili və “Ford” markalı mikroavtobus toqquşub.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Teqlər: