Qaradağ rayonunun qəsəbələrində iftar süfrəsi açılıb (FOTO)

20-24 aprel tarixlərində Qaradağ rayonun Sahil, Qobustan,
Müşviqabad, Puta və Sanqaçal qəsəbələrində iftar süfrəsi
açılıb.

İftar süfrəsində şəhid ailələrinin üzvləri, qazilər, qəsəbələrin
ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Tədbirlərin əvvəlində ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid
olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Mərasimdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin məsul
şəxsləri iftar süfrəsində iştirak edənləri salamlayaraq qarşıdan
gələn müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edərək,
Azərbaycanda açılan iftar süfrələrinin tolerantlıq nümunəsi
olduğunu, Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş
şəhidlərin ailələrinə, o cümlədən müharibə əlillərinə dövlət
tərəfindən böyük diqqət və qayğı göstərildiyini bildiriblər. Qeyd
olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas
istiqamətlərindən biri də məhz şəhid ailələrinin, müharibə
veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi,
onların problemlərinin vaxtında həllinə nail olunmasıdır.
Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların yaxınlarına
bir daha başsağlığı verib, səbr diləyiblər. Bir daha vurğulanıb ki,
44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı zəfər
tarixidir. Bu tarix Azərbaycan əsgərinin qanı, canı bahasına əldə
edilib.

İftar mərasimində Qəsəbə məscidlərinin imamları Qurani-Kərimdən
ayələr və Ramazan duası oxumuşlar. İmamlar müqəddəs kitabımız olan
«Qurani Kərim»in nazil olduğu bu ayın fəzilətindən tədbir
iştirakçılarına danışmışlar.

Müqəddəs Ramazan ayı boyunca rayonun digər qəsəbələrində də
iftar süfrələri açılacaqdır.

Teqlər: