31 yanvar 2022-ci il tarixdə Heydər Əliyev Mərkəzində “2 fevral – Azərbaycan gəncləri günü”nün təsis edilməsinin 25 illiyi münasibətilə rayon gənclərinin yekun toplantısı keçirildi.
Toplantıda Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, millət vəkilləri Aydın Hüseynov və Səbinə Xasayeva, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov iştirak edirdi. Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulduqdan sonra Mərkəzin foyesində təşkil olunmuş rayon gənclərinin çəkdikləri rəsm işlərinə və gənclərin nailiyyətlərinin əks etdirən guşəyə baxış oldu. Daha sonra Konfrans zalında rayonda keçirilmiş gənclər siyasətini əhatə edən videoçarx nümayiş etdirildi.
Tədbiri giriş sözü ilə açan Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə yaratdığı ilk Mərkəzi icra hakimiyyəti orqanlarından birinin məhz Gənclər və İdman Nazirliyi oldunu vurğuladı. Qeyd etdi ki, Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda gənclər siyasəti mahiyyət etibarı ilə yeni mərhələyə qədəm qoyub. Gənclər üçün çoxsaylı layihələr icra olunub və bu layihəlırin hər birinin ana xəttində isə Azərbaycançıl məfkurəsi dayanıb. Yürüdülən xırdalıqlarına qədər düşünülmüş gənclər siyasətinin nəticəsidir ki, əsasən gənclərdən ibarət olan müzəffər ordumuz cəmu 44 gün sürən Vətən müharibəsində igidlik, şücaət göstərərək tarixi torpaqlarımızı düşməndən azad etdi.
Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov gənclər siyasəti istiqamətində idarənin gördüyü işlər, “2 fevral – Azırbaycan gəncləri günü”nün təsis edilməsinin 25 illiyi münasibətilə “Gənclər həftəsi” çərçivəsində keçirilmiş tədbirlər barədə qısa məlumat verdi. Millət vəkili Səbinə Xasayeva Azərbaycan gənclərinin beynəlxalq hərəkatdakı rolundan, Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə çatdırmaq məqsədilə xaricdəki azərbaycanlı diasporaların fəaliyyətindən danışdı. Azərbaycanda gənclər hərəkatının tarixindən, müxtəlif tarixi mərhələlərdə gənclərin iştirakından danışaraq Azərbaycan gənclərinin hərtərəfli inkişafına nail olmaq məqsədilə həyata keçirilmiş islahatlarda Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri xüsusilə vurğulandı. Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov dövlət orqanlarının diqqətini gənclərlə bağlı məsələlərə yönəltmək məqsədilə ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial islahatlardan, o cümlədən 2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyasının, Azərbaycan gəncliyinin fəalirrəti ilə bağlı Dövlət Proqramkarının qarşıya qoyduğu məsələlərdən söz açdı.
Tədbirin sonunda gənclər sahəsi üzrə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən təşkilatlar rayon rəhbərliyi tərəfindən fəxri fərmanlarla təltif edildilər.