Qaradağ limanında olan gəmidə yanğın oldu

Qaradağ limanında olan gəmidə yanğın oldu

Bakı şəhəri, Qaradağ rayonunda BARJA-TMİ-6 yuk daşıma gəmisində ümumi sahəsi 12 kvadratmetr olan istirahət otağı yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, gəminin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 12:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.