Qaradağ Günəş Elektrik Stansiyası Azərbaycana 110 milyon kubmetr
qaza qənaət etməyə imkan verəcək.
Trend-in
məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov
Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik
Stansiyasının təməlqoyma mərasiminə həsr olunmuş mətbuat
konfransında deyib.
“Qaradağ Günəş Elektrik Stansiyasının tikintisini 2022-ci ilin
sonunadək bitirmək planlaşdırılır. Stansiyanın istismara
verilməsindən sonra biz 110 milyon kubmetr qaza qənaət edəcəyik və
ildə 200 min ton həcmində çirklənmənin qarşısını alacağıq. Yeni
stansiya ilə Azərbaycanın bərpa olunan enerji mənbələri hesabına
illik elektrik enerjisi istehsalının həcmi 3 milyard kVt/saata
çatacaq”, – deyə nazir bildirib.
P.Şahbazovun sözlərinə görə, Qarabağ regionunda da 100 kilovolt
gücündə külək elektrik stansiyasının, həmçinin günəş panellərinin
tikintisi planlaşdırılır.
“Bu memorandum çərçivəsində Azərbaycanın günəş elektrik enerjisi
istehsalı sahəsində potensialının öyrənilməsi nəzərdə tutulur.
Həmçinin, dəmir yollarında 180 meqavatt gücündə bərpa enerji
mənbələrinin istifadəsi planlaşdırılır”, – deyə o bildirib.
(Tərcümə: Orxan Nəbiyev)