230 meqavatt gücündə Qaradağ günəş elektrik stansiyasının (GES)
2023-cü ilin birinci yarısının sonunadək istismara verilməsi
planlaşdırılır.
Trend-in
məlumatına görə, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan
Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev
Qaradağda media-tur zamanı deyib.
Onun sözlərinə görə, Qaradağ(GES) 110 minə yaxın evi elektrik
enerjisi ilə təchiz edəcək.
“Elektrik stansiyasının ərazisi 550 hektar təşkil edəcək. Bu
ərazidə 500 mindən çox günəş panelinin quraşdırılması
planlaşdırlır”, – deyə o bildirib.
T.Əmmayev əlavə edib ki, layihənin investisiya dəyəri 225 milyon
dollar təşkil edir və bu vəsait BƏƏ-nin “Masdar” şirkəti tərəfindən
ayrılacaq.
Qeyd edək ki, martın 15-də Bakıda Azərbaycanla “Masdar” şirkəti
(BƏƏ) arasında bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq
üzrə dörd anlaşma memorandumu imzalanıb.
İmzalanan sənədlər çərçivəsində yaxın 1,5 il ərzində Bakının
Qaradağ rayonunda 230 meqavatt gücündə günəş elektrik stansiyasının
tikintisi planlaşdırılır.
(Tərcümə: Orxan Nəbiyev)