Qaraciyəri xəstə olanın üzündəki dəyişikliklər

Qaraciyəri xəstə olanın üzündəki dəyişikliklər

Qaraciyərdə piylənmə 3-4-cü mərhələyə keçərsə, orqanda çapıqlar meydana gəlir və sonradan sirroza doğru gedir. Çox xəstələr xəstəliyindən çox gec xəbər tutur.

AzerTimes Medicina.az-a istinadən xəbər verir ki, hepatoloq həkim Alla Yujnova xəstə qaraciyərin insanın üzündə, xarici görünüşündə təzahürlərini açıqlayıb.

Üzünüzdə bunlara diqqət edin:

– saralmış göz dibi;

– sarımtıl dəri və ovuclar;

– dərinin qırmızılaşması;

– üzdə damar genişlənməsi – rozasea;

– üzdə sanki mum effekti;

– venalardan sap kimi çıxıntılar – ayaqlarda, pəncədə.

Bu simptomlar onu göstərir ki, qaraciyər yüklənib və orqanizmi, qanı toksinlərdən təmizləməyə çalışır, artıq dəri prosesə qoşulub.

Qaraciyər piylənməsinə səbəb olan qidalar isə bunlardır: fəst fud, mayonez, ketçup, yağlı qidalar, hazır qidalar, normadan artıq yemək”.

Teqlər: