“Qaraciyər transplantasiyasında anesteziya və reanimasiyaya müasir yanaşma-yeni texnologiyaların tətbiqi” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək

17 fevral 2022-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə “Qaraciyər transplantasiyasında anesteziya və reanimasiyaya müasir yanaşma-yeni texnologiyaların tətbiqi” mövzusunda Beynəlxalq Elmi Konfrans həyata keçiriləcək.

Qaraciyər transplantasiyasında anesteziya və reanimasiyaya dair müasir yanaşmaların, eləcə də yeni texnologiyaların tətbiqi ilə bağlı məruzələrin dinləniləcəyi Beynəlxalq Elmi Konfrans ZOOM platforması üzərindən onlayn şəkildə həyata keçiriləcək.

Yerli və beynəlxalq ekspertlərin məruzələri ilə yanaşı konfrans panel müzakirələr və sual-cavab sessiyaları vasitəsilə interaktiv şəklində davam etdiriləcək.

Beynəlxalq Elmi Konfrans proqrama uyğun olaraq cərrah-transplantoloq və anestezioloq-reanimatoloqlar üçün nəzərdə tutulmuşdur.

Proqramın 80 faizini tamamlayan hər bir iştirakçıya DTT balı və sertifikat veriləcək.
Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!

Konfransda iştirak ödənişsizdir. Hərkəs konfransda iştirak üçün dəvətlidir!
Qeydiyyatdan keçmək üçün link: https://forms.gle/YPLp49atEwBorGPFA
Proqramla tanış olmaq üçün link: https://customshospital.az/17-fevral-qaraciyer-transplantasiyasinda-anesteziya-ve-reanimasiyaya-muasir-yanasma-yeni-texnologiyalarin-tetbiqi-movzusunda-beynelxalq-elmi-konfrans/

Teqlər: