Xaçmazda məskunlaşan qaraçılar arasında dava düşüb, xəsarət alan var.
AzerTimes-ın Report-a istinadən xəbərinə görə, hadisə rayonun “Vəl-vələ” çay körpüsünün yatağında çadırlarda Yevlaxdan gələrək köçəri məskunlaşan qaraçılar arasında qeydə alınıb.
Belə ki, Yevlax rayon sakini 2001-ci il təvəlludlü Süleymanova Dilbər Siyasət qızı qonşu çadırda məskunlaşan qohumları ilə mübahisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.