“Qarabağnamə – tarixin səhifələri” adlı kitab Dövət Komitəsinin dəstəyi ilə çap olunub

Azərbaycanın tanınmış miniatür-rəssamı, illustrator, xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə – tarixin səhifələri” adlı kitab-kataloqu Diasporla İş üzrə Dövət Komitəsinin dəstəyi ilə işıq üzü görüb. Kataloqda yer alan hər bir əsər yüksək bədii dəyərə malik olmaqla mühüm tarixi əhəmiyyət daşıyır.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, “Qarabağnamə – tarixin səhifələri” adlı kitabda əbədi və əzəli torpaqlarmızı, mədəniyyətimizi özündə əks etdirən 45 tabloda rəssam qədim Albaniya dövründən Xocalı faciəsi, Qarabağ zəfərinədək bütün tariximizə işıq salıb. “Qarabağnamə” silsiləsində bütün kompozisiyalar real faktları əks etdirir. Ağ-qara cizgilərlə işlənmiş tablolarda həmçinin bir sıra tarixi şəxsiyyətlərin – əfsanəvi generallar, xanəndə və aşıqlar, rus zadəganların portretləri və memarlıq abidələri əks olunub.


Kitabda əsərlərin hər biri haqqında Azərbaycan və ingilis dillərində məlumat xarakterli kiçik mətnlər də yer alıb.

Teqlər: