Bizə 3 əla rəqib düşüb və 3 əla səfərimiz olacaq.
AzerTimes xəbər verir ki, bunu Almaniya “Frayburq”unun futbolçusu Mixael Qreqoriç Avropa Liqasının qrup mərhələsindəki rəqiblərini dəyərləndirərkən deyib.
28 yaşlı yarımmüdafiəçi G qrupunda “Qarabağ”, Fransanın “Nant” və Yunanıstanın “Olimpiakos” komandaları ilə keçirəcəkləri oyunları səbirsizliklə gözlədiyini bildirib.
Əsas istəklərinin daha da inkişaf etməkdən ibarət olduğunu deyən avstriyalı yeni transfer “Şturm”la eyni qrupa düşə bilməmələrinə təəssüflənib: “Bu komanda ilə rəqib kimi doğma ölkəmdə oynasaydıq, daha xoşbəxt olardım. Lakin təəssüf ki, püşk zamanı “Şturm”un 4-cü səbətdən adı “Nant”dan daha erkən çıxdı”.
Qeyd edək ki, “Frayburq” Avropa Liqasında ilk görüşünü sentyabrın 8-də “Europa Park” stadionunda “Qarabağ”a qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.