Qarabağla bağlı üçtərəfli işçi qrupunun iclası yaxın zamanlarda keçiriləcək – Zaxarova

Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin
həmsədrliyi ilə Qarabağla bağlı üçtərəfli işçi qrupunun iclası
yaxın zamanlarda keçiriləcək, həmçinin, bu həftənin sonuna kimi XİN
xətti ilə Bakıda təmasların keçirilməsi planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici
İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı
deyib.

“Azərbaycan və Ermənistan tərəfləri ilə yaxın zamanlarda
üçtərəfli işçi qrupunun növbəti iclasının keçirilməsi
razılaşdırılıb. Sərhəd məsələlərinə gəldkdə isə bu həftənin sonuna
kimi Bakıda XİN xətti ilə təmaslar planlaşdırılır”, – deyə o
bildirib.

M.Zaxarova əlavə edib ki, Rusiya tərəfi Azərbaycanla
Ermənistanın bir-birinə doğru addımlamağa hazır olduğunu qeyd edir,
ən yüksək səviyyədə bu məsələ ilə bağlı üçtərəfli təmaslar
hazırlanır.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: