İrəvanda 1988-ci ildə tələbə olmuş bir neçə şəxs “oturaq aksiya” keçirib.
AzerTimes xəbər verir ki, bununla onlar “Ümumerməni tələbə tətili” adı ilə keçirilmiş olayı qeyd etmyə çalışıblar.
Onlar xatırladıblar ki, 1988-ci ildə bir neçə həftə davam edən oturaq aksiya keçiriblər və Ermənistan Ali Sovetindən Azərbaycanın ərazisi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanın ərazisi sayılması barədə qərar qəbul etməsini tələb ediblər. Nəhayət, 1988-ci il 15 iyunda Ermənistan Ali Soveti belə bir mənfur, işğalçı, qanunsuz və onillərlə davam edəcək qətliamlara yol açan qərarı qəbul edib.
Tədbirin təşəbbüsçüsü deputat Geqan Manukyan olub. Müxalifət daha bir “tarixi günlə” etiraz keçirməyə çalışıb. Əvəzində isə aşağıda təqdim etdiyimiz videoda rahat görə biləcəyiniz kimi, məhz barmaqla sayılacaq bir neçə şəxs “tədbirə” gəlib.
Bu isə o deməkdir ki, artıq ermənilər özləri də işğalçılıq siyasətinin və azərbaycanlılara qarşı qətliamlar törətmələrinin onlara nəyə başa gəldiyini yaxşı anlayırlar.