Qarabağla bağlı ermənilər “başqa hava” çalır

Qarabağla bağlı ermənilər “başqa hava” çalır

Hələ 2012-ci ildə Rusiya təkliflər vermişdi və onlar qəbul olunsaydı, Dağlıq Qarabağ problemi birdəfəlik bağlanacaqdı.

AzerTimes xəbər verir ki, bunu Rusiya xarixci işlər naziri Sergey Lavrov deyib.

“Ən azından o dövrdən Qarabağın statusunun sonraya təxirə salınması anlayışı meydana çıxdı. Konsepsiya çox sadə idi: ermənilər Qarabağ ətrafındakı beş Azərbaycan rayonunu tərk edərək Ermənistanı Qarabağla birləşdirən iki rayonu saxlayırdılar. Və Azərbaycanın olan bu iki rayonun taleyi Qarabağın statusu ilə birlikdə təyin olunacaqdı. Məhz o zaman statusun sonraya saxlanılması anlayışı ilk dəfə ortaya çıxdı. Və sonra o, obrazlı desək, sonrakı nəsillər üçün nəzərdə tutulmuşdu.

Sonra 2020-ci ilin payızında müharibə oldu, bu, ilkin təmaslar mərhələsində dayandı və Rusiya prezidentinin iştirakı ilə 3 dəfə üçtərəfli sammit – ikisi Moskvada, biri Soçidə – keçirildi.

O zaman da siyasi prosesə hansısa formada başlamaq zərurətindən danışdılar və belə bir anlayış var idi ki, Qarabağın statusu sonraya saxlanılsın. Və bundan çıxış edərək, Rusiya yazda tərəflərə təhvil verilən sülh müqaviləsinin öz variantını tərtib etdi və bu ifadə orada yer aldı. Yeri gəlmişkən, Azərbaycan tərəfi bildirdi ki, hər şeyi dəstəkləməyə hazırdır, lakin status məsələsi “işlənməlidir” (Bakının “statusa” razı olmadığını deyir – red.).

Oktyabrın sonunda Soçi görüşündə biz bu məsələyə qayıtmaq və tərəfdaşlarımızın centlmen razılaşması əsasında – bütün məsələləri həll etmək, Qarabağın statusunu isə sonraya saxlamaq məsələsində nə qədər hərəkətə keçməyə hazır olduqlarını anlamaq istədik. Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan Soçiyə gələndə Praqadan sənəd gətirmişdilər. Həmin sənəddə BMT Nizamnaməsi və Almatı deklarasiyasını rəhbər tutaraq sülh razılaşmasını imzalamaq istədikləri bildirilirdi.

MDB-nin yaradılması haqqında Almatı Bəyannaməsində açıq-aydın göstərilir ki, yeni dövlətlər arasında sərhədlər keçmiş SSRİ-nin müttəfiq respublikaları arasındakı sərhədlərə əsaslanacaq. Orada isə göstərilirdi ki, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-in bir hissəsidir. Bu sənədləri imzalamağa gəldiksə isə erməni həmkarlarımız dedilər ki, qoy Rusiya Qarabağın statusu haqqında öz təkliflərini təsdiqləsin. Amma siz başa düşürsünüz ki, bu, danışıqların yox, başqa bir hava (xarici ölkələrin müdaxiləsi – red.) deməkdir”, – Lavrov bildirib.

Teqlər: