“Qarabağ” Futbol Klubu (FK) ilə bağlı çəkilən filmin adı məlum olub.
AzerTimes xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Məlumata görə, ekran əsəri “Qarabağ” FK 30 mövsüm səfərdə” adlanır.
Qeyd olunub ki, 4 seriyalı sənədli film dövlət sifarişi ilə nazirliyin “Salnaməfilm” studiyasında istehsal olunur.
“Qarabağ” FK-nin uğur hekayəsi və 30 ildən sonra Ağdama qayıdışından bəhs edən filmin ölkəmizdəki çəkilişlərinin böyük bir hissəsi tamamlanıb. Xaricdə planlaşdırılan çəkilişlərin yaxın vaxtlarda həyata keçirilməsinə başlanılacaq”, – qurumdan vurğulanıb.
Nazirlikdən bildirilib ki, filmin istehsalının bu ilin sonunadək tamamlanması nəzərdə tutulub.