
Qarabağ FK-nun yeni transferi Kevin Medina artıq Bakıdadır.
27 yaşlı kolumbiyalı müdafiəçi bu barədə “Instagram” hesabında paylaşım edib.
Oyunçu Bakı Olimpiya Stadionunun fotosunu paylaşıb. Medina rəsmi müqavilə imzaladıqdan sonra təlim-məşq toplanışı üçün Qəbələyə yollanacaq.
Qeyd edək ki, “Qarabağ”ın Kevin Medina ilə 3 illik müqavilə imzalayacağı gözlənilir.