Müşahidə Şurasının sədri, ekologiya və təbii sərvətlər naziri
Muxtar Babayevin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının
üzvləri, “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri və digər
üzvləri, həmçinin Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələri
iştirak edib.
“Təmiz Şəhər” ASC-dən AzerTimes-a
verilən məlumata görə, iclasda Cəmiyyətin strategiyası,
investisiyalar və təyinatlar üzrə fəaliyyəti müzakirə olunub.
Eyni zamanda, iclas iştirakçıları Cəmiyyətin işğaldan azad
edilmiş ərazilərdə tullantıların yığılması, daşınması,
yerləşdirilməsi və zərərsizləşdirilməsi sisteminin müasir
standartlara uyğun qurulması və idarə edilməsi ilə bağlı görəcəyi
işləri nəzərdən keçiriblər. İclasda bu ərazilərdə tullantıların
idarə edilməsi layihəsinin effektivliyi üçün qısamüddətli və
uzunmüddətli planlar müzakirə olunaraq müvafiq qərarlar qəbul
olunub.
Qeyd edək ki, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə
Şurasının tərkibi Azərbaycan Respublikası Prezidentinin 2021-ci il
22 sentyabr tarixli Sərəncamına əsasən yenidən formalaşdırılıb.