“Qarabağ”ın təsisçisi dəyişdi

“Qarabağ”ın təsisçisi dəyişdi

“13” oktyabr 2022-ci il tarixdə saat 15:00-da, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 94 ünvanında (yeni qaydalarla: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 134.) “Qarabağ Futbol Klubu” MMC-nin iştirakçılarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

AzerTimes xəbər verir ki, iştirakçıların növbədənkənar ümumi yığıncağında aşağıdakı məsələlər müzakirə olunacaq

1. Qarabağ Futbol Klubu MMC-də təsisçi dəyişikliyi ilə bağlı cəmiyyətin nizamnaməsinə müvafiq dəyişikliklərin edilməsi.

2. Qarabağ Futbol Klubu MMC-nin nizamnaməsinin altıncı redaksiyada təsdiq edilməsi.

3. Qarabağ Futbol Klubu MMC-nin dövlət qeydiyyatı məlumatlarındakı dəyişikliklərin qeydə alınması üçün qeydiyyat orqanına müraciətlə bağlı məsələlər.

Qeyd edək ki, İyunun 29-da Qarabağ Futbol Klubu MMC-nin təsisçilərindən Sənan Nadirov payını satışa çıxarmışdı. Sənan Nadirov cəmiyyətin ilk təsisçilərindən olan, mərhum Adil Nadirovun oğludur. Adil Nadirovun vəfatından sonra ona məxsus olan Qarabağ Futbol Klubu MMC-dəki 4851,88 manatlıq təsisçi payı vərəsəlik yolu ilə oğlu Sənan Nadirovun mülkiyyətinə keçib. Qeyd olunan paylar açıq satışa çıxarılmaqla, 300 min manat qiymətinə təklif olunurdu.

“Qarabağ Futbol Klubu” MMC-nin təsisçisi Sənan Nadirov ona aid payların satışa çıxarılması səbəbini özünün ağır maddi vəziyyəti ilə əlaqələndirmişdi.

Satışa çıxarılan paylar ilə bağlı ilk öncə Qarabağ Futbol Klubunun digər təsisçilərinə təklif göndərilsə də, həmin iştirakçı payları almaqdan imtina etmişdir.

Teqlər: