“Qarabağ”ın son rəqibləri bəlli oldu

“Qarabağ”ın son rəqibləri bəlli oldu

Avstriyada təlim-məşq toplanışı keçən “Qarabağ”ın yoxlama oyunundakı son rəqibi bəlli olub.

AzerTimes İdman.biz-ə istinadən xəbər verir ki, Qurban Qurbanovun komandası iyulun 16-da iki matça çıxacaq.

Azərbaycan çempionu ilk görüşdə Xorvatiya təmsilçisi “Slaven” (Belupo) ilə qarşılaşacaq. “Qarabağ” günün ikinci matçında “Əl Şabab”la (BƏƏ) qüvvəsini sınayacaq.

Qeyd edək ki, “Qarabağ” toplanış çərçivəsində ilk iki oyununu iyulun 9-da “Kayzerslautern” (1:3) və “Viktoriya”ya (2:1) qarşı keçirib.

Teqlər: