Polşanın “Visla” (Plotsk) klubunda çıxış edən “Qarabağ”ın sabiq futbolçusu Yakub Jezniçakın oğlu Olivier dünyasını dəyişib.
AzerTimes xəbər verir ki, bu barədə Plotsk təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Körpə İsraildəki özəl xəstəxanaların birində vəfat edib.
Olivierə daha əvvəl qaraciyər xərçəngi diaqnozu qoyulub.
Qeyd edək ki, Yakub Jezniçak 2017-2019-cu illərdə “Qarabağ”ın formasını geyinib.