“Qarabağ”ın sabiq futbolçusu qəfil öldü

“Qarabağ”ın sabiq futbolçusu qəfil öldü

“Qarabağ”ın və Bakının “İnter” (indiki “Şamaxı”) klubunun sabiq futbolçusu Andrey Rubin dünyasını dəyişib.

AzerTimes Report-a istinadən xəbər verir ki, sabiq yarımmüdafiəçi 43 yaşında qəflətən dünyasını dəyişib.

Onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Latviya millisinin aparıcı futbolçularından olmuş Andrey Rubin 2008 – 2010-cu illərdə “İnter”də, 2010 – 2011-ci illərdə “Qarabağ”da çıxış edib. O, AVRO-2000-də iştirak edən Latviya millisinin heyətində yer alıb. Rubin son olaraq ölkəsində “Oqre” klubunda köməkçi məşqçi işləyirdi.

Teqlər: