Ağdamın “Qarabağ” klubunun UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstanın “Olimpiakos” komandası qolkiper Aleksandros Pasxalakisin transferini rəsmiləşdirib.
AzerTimes xəbər verir ki, 33 yaşlı qapıçı ilə müqavilə imzalansa da, sözləşmənin detalları açıqlanmayıb.
Pirey təmsilçisinin A.Pasxalakisi Tomaş Vatslikin Çexiya millisinin düşərgəsində zədələnməsinə görə transfer edib.
Qeyd edək ki, oktyabrın 6-da keçiriləcək “Olimpiakos” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.