“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Frayburq” Almaniya Bundesliqasında növbəti matçını keçirib.
AzerTimes xəbər verir ki, “Frayburq” öz meydanında “Verder”i qəbul edib.
Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarının sayını 21-ə çatdıran komanda üçüncü pillədə qərarlaşıb. Qonaqlar isə 15 xalla 11-ci sıradadır.
Qeyd edək ki, “Qarabağ” G qrupundakı ilk oyununu Almaniyada “Frayburq”a qarşı keçirib. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Tərəflər arasında VI tur matçı noyabrın 3-də Bakıda olacaq.