“Qarabağ”ın UEFA Avropa Liqasının E qrupundakı rəqiblərindən olan “Frayburq” Almaniya Bundesliqasında növbəti oyununu keçirib.
AzerTimes xəbər verir ki, Frayburq şəhərinin eyniadlı təmsilçisi V turda səfərdə “Bayer”lə görüşüb. Matç frayburqluların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarını 12-yə çatdıran “Frayburq” liderliyə yüksəlib.
Qeyd edək ki, “Frayburq” növbəti oyununu sentyabrın 8-də evdə “Qarabağ”a qarşı keçirəcək.