“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatması zamanı 2-ci səbətdə yer alacaq.
AzerTimes xəbər verir ki, buna Türkiyə “Trabzonspor”u ilə Norveçin “Budö Qlimt” klubunun Çempionlar Liqasında mübarizəni dayandırması səbəb olub.
UEFA reytinqində “köhlən atlar”dan geridə olan komandaların Avropa Liqasının qrupuna düşməsi Azərbaycan çempionunun 2-ci səbətdəki yerini dəqiqləşdirib.
Qeyd edək ki, qrup mərhələsinin püşkü avqustun 26-da atılacaq.