Bu gün yaxşı oyun nümayiş etdirdik. Bu qələbə bizə lazım idi.
AzerTimes xəbər verir ki, bunu “Qarabağ” klubunun prezidenti Tahir Gözəl Bakıda Norveç “Molde”sinə 1:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin I turunun oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
Klubun prezidenti rəqib komandanın qapıçısının yaxşı oynadığını qeyd edib: “Bu münasibətlə onu təbrik edirəm. Çox yaxşı performans göstərdi. Lakin biz hər bir halda qələbə qazandıq”.
Tahir Gözəl komandanın sabiq qapıçısı Şahruddin Məmmədəliyevin gedişindən danışıb: “Andre Lunyovun oyunundan razı qaldım. Amma Şahruddində bizim üçün özəl insan idi, onun özünəməxsus dəst-xəti var idi”.
O, Türkiyə təmsilçisi olan “Qalatasaray” klubu ilə “Qarabağ” komandası arasında rəsmi görüşün keçirilməsini istədiyini bildirib: “Onlarla qeyri-rəsmi matçda oynamışıq. Amma həmin qarşılaşmada tam güc sərf etmədik. Fikrimcə, “Qalatasaray” kimi möhtəşəm klubla görüşə tamamilə hazırıq”.