“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri olan Kipr “Aris”i və Belarus BATE-si II raundda ilk oyunlarını keçiriblər.
AzerTimes xəbər verir ki, Limasolda baş tutan matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb: 6:2.
Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 1-də Macarıstanda keçiriləcək. Bu cütün qalibi III təsnifat mərhələsində “Rakuv” (Polşa) – “Qarabağ” (Azərbaycan) duelinin güclüsü ilə qarşılaşacaq.