“Qarabağ”ın potensial rəqibləri…

“Qarabağ”ın potensial rəqibləri…

Fevralın 23-də Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

AzerTimes xəbər verir ki, “pley-off”da “Braqa” (Portuqaliya) səddini adlayaraq tarixində ilk dəfə Avroliqanın 1/8 finalında oynamaq imkanı qazanan “Qarabağ” da püşkatmada təmsil olunacaq. İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Bu mərhələdə “pley-off”un qalibləri Avropa Liqasında qrupu birinci yerdə başa vurmuş 8 komandadan biri ilə qarşılaşacaq. “Qarabağ”ın potensial rəqibləri sırasında onunla eyni qrupda yarışmış “Bayer” də (Almaniya) var.

Ümumilikdə Ağdam klubunun 8 potensial rəqibi aşağıda adları qeyd olunanlardır:

“Atalanta” (İtaliya)

“Bayer” (Almaniya)

“Brayton” (İngiltərə)

“Vest Hem” (İngiltərə)

“Vilyareal” (İspaniya)

“Liverpul” (İngiltərə)

“Reyncers” (Şotlandiya)

“Slaviya” (Çexiya)

Teqlər: