“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub.
AzerTimes xəbər verir ki, Estoniya klubu “Flora” Polşa çempionu “Rakuv”la cavab matçına çıxıb.
İlk görüşdə 1-0 məğlub olan estonlar, ikinci görüşdə də 3-0 məğlub olaraq Çempionlar Liqasında mübarizəni dayandırıb. Bununla “Rakuv” növbəti mərhələdə “Qarabağ” -“Linkoln” cütünün qalibi ilə görüşəcək.
Qeyd edək ki, “Qarabağ”la “Linkoln” arasında cavab matçı iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Cəbəllütariqdəki ilk görüşdə Azərbaycan çempionu 2:1 hesablı qələbə qazanıb.