“Qarabağ”ın oyununda meydana quş daxil oldu

“Qarabağ”ın oyununda meydana quş daxil oldu

Polşada “Lex” və “Qarabağ” komandaları arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk matçında maraqlı hadisə baş verib.

AzerTimes-ın məlumatına görə, 23-cü dəqiqədə meydana quş daxil olub. Bunu görən Ağdam klubunun qapıçısı Şahruddin Məhəmmədəliyev topu oyuna daxil etməyib.

Təhlükəsizlik əməkdaşları quşu meydandan çıxardıqdan sonra görüş davam etdirilib.

Qeyd edək ki, hazırda qarşılaşmada ilk hissə oynanılır və hesab açılmayıb.

Teqlər: