İstədim ki, səmimi olum. Bunlar 2 günün xəbəri deyil. İlboyu danışıqlar, təkliflər olur. Sadəcə, danışıqların hansı mərhələyə gəlib çatdığı bilinmir. Əcnəbi klubların Kadi Borges və Marko Veşoviçlə maraqlandıqlarını demişəm.
AzerTimes xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Kadi Borges və Marko Veşoviçlə xarici klubların maraqlanması barədə danışarkən deyib.
Bəzən bir futbolçu ilə müqavilə bağladıqda, oraya oyunçunun özü və ya agenti tərəfindən hansısa bənd qoyulur ki, bu da müəyyən səlahiyyətləri klubun əlindən alır. Belədə gedən futbolçunun qarşısını ala bilmirik. Hər bir halda yenə də ümumi danışıqlarımız gedir”.
Q.Qurbanov braziliyalı yarımmüdafiəçiyə uzun müddətdir maraq olduğunu vurğulayıb:
“Təkcə “Krasnodar” yox, başqa bir neçə ölkənin klubu onu diqqət mərkəzində saxlayırdı. Bunlar normal haldır. Ötən yay Kvabena Ovusu və Leandro Andrade ilə də maraqlanmışdılar. Bizim özümüz də bəyəndiyimiz futbolçuların klubları ilə əlaqə saxlayır, danışıqlar aparırıq. Normal prosesdir. Sadəcə, bu, nə dərəcə bizim xeyrimizə olacaq, qarşıdakı günlərdə və ya aylarda bilinəcək”.
Qeyd edək ki, Kadi Borgeslə Rusiyanın “Krasnodar” klubu arasında danışıqların getdiyi və transferin son mərhələdə olduğu barədə xəbərlər yayılıb.