“Qarabağ” klubunun futbolçusu Bəhlul Mustafazadə doğma rayonu İmişlinin II Liqadakı təmsilçisi “Kür-Araz” komandasına yardım edib.
AzerTimes xəbər verir ki, bu barədə “Kür-Araz”ın İnstaqram hesabında paylaşımında qeyd olunub.
Vurğulanıb ki, 26 yaşlı müdafiəçi İmişli komandasının futbolçularına buts və qapıçı əlcəyi hədiyyə edib. Buna görə rəhbərlik B.Mustafazadəyə minnətdarlığını bildirib.
Qeyd edək ki, Bəhlul Mustafazadənin atası Ələmdar Mustafayev “Kür-Araz”ın baş məşqçisidir.