“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi bəlli olub.
AzerTimes xəbər verir ki, təmsilçimiz Macarıstanın “Ferentsvaroş” komandası ilə üz-üzə gələcək.
Evdə Slovakiyanın “Slovan” (Bratislava) komandasına 1:2 hesabı ilə uduzan ölkə çempionu səfərdə üç top fərqi ilə qalib gəlib – 4:1
III təsnifat mərhələsinin ilk oyunları 2-3 avqustda, cavab matçları isə 9 avqustda olacaq.
Qeyd edək ki, Bakıda İsveçrə “Sürix”ini 3:2 hesabı ilə məğlub edən “Qarabağ” səfərdə rəqibi ilə 2:2 hesablı heç-heçə edib və mərhələ adlayıb.