“Qarabağ”ın keçmiş rəqibi İngiltərə səddini də keçdi

“Qarabağ”ın keçmiş rəqibi İngiltərə səddini də keçdi

UEFA Avropa Liqasında yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub.

AzerTimes xəbər verir ki, İtaliya təmsilçisi “Atalanta” doğma meydanda İngiltərənin “Liverpul”una 0:1 hesabı ilə məğlub olsa da, ilk oyunda aldığı 3:0 hesablı üstünlüyə görə adını yarımfinala yazdırıb.

1/4 final mərhələsinin İtaliya duelində “Roma” və “Milan” komandaları üz-üzə gəliblər. İlk matçda rəqibinə 1:0 hesabı ilə qalib gələn “canavarlar” bu dəfə də üstün olaraq yarımfinala adlayıblar – 2:1.

Almaniya “Bayer”i İngiltərədə “Vest Hem”lə 1:1 hesablı heç-heçə etsə də, ilk görüşdə (2:0) qazandığı qələbə sayəsində 1/2 finala vəsiqə əldə edib.

Teqlər: