“Qarabağ”ın kapitanı fəxri adla təltif olundu

“Qarabağ”ın kapitanı fəxri adla təltif olundu

Azərbaycan milli komandasının və “Qarabağ”ın kapitanı Maksim Medvedev “İdman ustası” fəxri adına layiq görülüb.

Gənclər və İdman Nazirliyindən AzerTimes-a verilən məlumata görə, 33 yaşlı müdafiəçiyə müvafiq vəsiqə və döş nişanını nazir Fərid Qayıbov təqdim edib.

Qeyd edək ki, təcrübəli oyunçu 2006-cı ildən “Qarabağ”da çıxış edir.

Teqlər: