Xəbər - Samir Əli Trend:
Qarabağın işğaldan azad olunması su probleminin həllinə böyük dəstək oldu.
AzerTimes-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov mediaturda jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, həmin ərazilərin ümumi su ehtiyatları 2 milyard kub metrə yaxındır: “Bu, gələcəkdə bölgənin içməli su ilə təminatına, əkin sahələrinin suvarılmasına kömək edəcək.
İşğaldan azad edilmiş ərazilərdə əhalinin şirin su ehtiyatlarından istifadəsi üçün həmin mənbələrdən istifadə ediləcək. Bununla bağlı layihələr hazırlanmaqdadır”.
V.Əliyev qeyd edib ki, növbəti illərdə Bərgüşad çayı üzərində su anbarlarının tikilməsi və Ağdam, Füzuli şəhərlərinin su təchizatı ilə təmin olunması ilə bağlı layihələr nəzərdə tutulur:
“Bunlar çox bahalı layihələrdir. Dövlət investisiyası cəlb olunduqca növbəti illərdə onların nəticələrini də görəcəyik”.