“Qarabağ”ın hücumçuları Avropanın yaxşıları sırasında…

“Qarabağ”ın hücumçuları Avropanın yaxşıları sırasında…

“Qarabağ”ın hücumçuları Musa Qurbanlı və Ramil Şeydayev Avropada öz çempionatlarında ən çox qol vuran futbolçuların siyahısına düşüblər.

AzerTimes Report-a istinadən xəbər verir ki, hər iki forvard reytinqdə 4-5-ci yerləri bölüşdürür. Onlar Azərbaycan Premyer Liqasında hərəyə 17 dəfə fərqləniblər.

İlk pillədə Türkiyə “Fənərbağça”sından Enner Valensiya qərarlaşıb. Ekvadorlu hücumçunun aktivində 23 qol var. İkinci sırada Lüksemburqun “Svift” klubunun futbolçusu Rayan Filipp yer alıb – 20 qol. İlk “üçlüy”ü isə 19 qolla Şotlandiya “Seltik”inin forvardı Köqo Furuhasi tamamlayır.

Qeyd edək ki, siyahı “böyük beşlik” ölkələrində çıxış edən oyunçular nəzərə alınmamaqla tərtib olunub.

Teqlər: