FİFA 2024-cü ilin ən gözəl qolu üçün Ferens Puşkaş mükafatına namizədlərin siyahısını açıqlayıb.
AzerTimes Publika.az-a istinadla xəbər verir ki, namizədlər arasında “Qarabağ”ın və Əlcəzair millisinin yarımmüdafiəçisi Yassin Benzia da var. Onun Cənubi Afrika millisi ilə oyunda (3:3) vurduğu qol ən yaxşılar sırasına düşüb.
Benziadan başqa namizədlər arasında Həsən əl-Haydos (Qətər – Çin), Terri Antonis (“Melburn Siti” – “Vest Sidney Uonderers”), Valter Bouv (“Lanus” – “Tiqre”), Maiko Çirinos (Kosta Rika – Honduras), Federiko Dimarko (“İnter” – “Frozinone”), Alexandro Qarnaço (“Everton” – “Mançester Yunayted”), Məhəmməd Kudus (“Vest Hem” – “Frayburq”), Denis Omedi (KSK – “Kitara”), Pol Onuaçu (“Trabzonspor” – “Konyaspor”), Ceyden Filojin (“Roterhem” – “Hall Siti”) yer alıb.