Azərbaycan millisinin heyətində dəyişiklik olub.
AzerTimes xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti məlumat yayıb.
FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FİFA series – Edition 2024” layihəsində mübarizə aparacaq yığmanın futbolçusu Aleksey İsayev heyətdən çıxarılıb. Buna “Qarabağ”ın yarımmüdafiəçisinin zədələnməsi səbəb olub.
Qeyd edək ki, millimiz martın 22-də, saat 20:00-da Monqolustan, martın 25-də, saat 20:00-da isə Bolqarıstan yığma komandaları ilə qarşılaşacaq. Hər iki oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.