“Qarabağ”ın futbolçusu “Bayer”lə oyundan danışdı

“Qarabağ”ın futbolçusu “Bayer”lə oyundan danışdı

Leverkuzenə yalnız qələbə qazanmaq üçün gedirik.

AzerTimes xəbər verir ki, bunu Report-a müsahibəsində “Qarabağ”ın futbolçusu Hamidu Keyta deyib.

O, oyuna hazırlaşmaq üçün az vaxtlarının olduğunu bildirib:

“İlk matçda sərgilədiyimiz performansı Almaniyada da davam etdirəcəyik. Məqsədimiz növbəti mərhələyə vəsiqə qazanmaqdır. 1/8 finala qədər gəlib çatmaq bizə əvəzolunmaz hisslər yaşadır”.

“Mən məşqlərdə özümü yaxşı tərəfdən göstərirəm. Bütün bacarıqlamı komandaya kömək etmək üçün sərf edirəm. Bu matç mənim üçün olduqca önəmlidir. Komanda şəklində hazırlaşırıq. Oyunçularla daim bir-birimizə dəstək oluruq. Qazandığımız uğurlar komanda işinin nəticəsidir”, – Keyta əlavə edib.

Teqlər: