Qarabağın erməni dərsliyində “yeri” qalmaqal yaratdı

Qarabağın erməni dərsliyində “yeri” qalmaqal yaratdı

7-ci sinif şagirdlərinin valideynləri Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyini məhkəməyə verir.

AzerTimes xəbər verir ki, bu barədə Vəkillər Palatasının keçmiş prezidenti Ara Zöhrabyan məlumat yayıb.

Nazirliyə qarşı iddianın səbəbi 7-ci sinif dərsliklərində “arsax”ın Azərbaycanın tərkib hissəsi kimi təqdim olunmasıdır.

İddiaçılar nazirin əmrinin qüvvədən düşmüş hesab edilməsini tələb edir.

Qeyd edək ki, bundan əvvəl İrəvanda bu məsələ ilə bağlı etiraz aksiyaları keçirilib və tarixçilər məhkəməyə müraciət etmək niyyətində olduqlarını bəyan ediblər.

Teqlər: