UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə “Viktoriya” ilə qarşılaşacaq “Qarabağ” Futbol Klubu avqustun 22-də Çexiyaya yollanacaq.
AzerTimes klubun rəsmi saytına istinadən xəbər verir ki, komandamızı Praqa şəhərinə aparacaq təyyarə saat 09:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.
Avqustun 22-də saat 19:30-da (Bakı vaxtı ilə 21:30) komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 20:00-da isə (Bakı vaxtı ilə 22:00) matçın keçiriləcəyi Plzen şəhər stadionunda komandamızın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.
Qeyd edək ki, “Viktoriya” – “Qarabağ” oyunu avqustun 23-ü Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.
Xatırladaq ki, ilk matç 0:0 hesabı ilə yekunlaşıb.