“Qarabağ”ın futbolçusu Olavio Juninyo “Qəbələ” ilə matçda zədələnib.
AzerTimes xəbər verir ki, 27 yaşlı hücumçunun yerinə 40-cı dəqiqədə Leandro Andrade meydana daxil olub.
Hazırda görüşdə ikinci hissə oynanılır.
Qeyd edək ki, Juninyo Azərbaycan Premyer Liqasında 15 qolla bombardirdir.