Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif
videolayihəsinin bu dəfəki qonağı Müstəqil Sənayeçi İş Adamları
Dərnəyinin (MÜSİAD) Azərbaycan şöbəsinin rəhbəri Rəşad Cabirli
olub.
R.Cabirli bir neçə ay əvvəl MÜSİAD-ın təşkilatçılığı ilə Bakıda
keçirilən İBF Beynəlxalq Biznes Forumunun nəticələrindən, xarici iş
adamlarının Azərbaycana, xüsusilə də işğaldan azad edilən ərazilərə
sərmayə yatırmaq istəklərindən, bu istiqamətdə aparılan işlərdən
danışıb.
O, bildirib ki, İBF Beynəlxalq Biznes Forumu 1996-cı ildə MÜSİAD
tərəfindən təsis edilib.
“Bu forum hər il həyata keçirilir. Azərbaycanın 44 günlük Vətən
müharibəsində qazandığı möhtəşəm qələbədən sonra bu biznes
forumunun Azərbaycanda keçirilməsi qərara alındı. Forum
İqtisadiyyat Nazirliyinin ev sahibliyi, KOBİA-nın təşkilatçılığı və
dəstəyi ilə ötən ilin noyabr ayında uğurla baş tutdu”.
R.Cabirli əlavə edib ki, MÜSİAD Azərbaycan qurulduğu gündən
etibarən Türk iş adamı və investorların Azərbaycana cəlb olunması
ilə yanaşı digər ölkələrdən də iş adamı və investorların cəlb
olunması prioritet məsələlərdən olub. Ötən il keçirilən İBF tədbiri
də bu qəbildən olan tədbirlərdəndir:
“Türkiyə başda olmaqla 32 müxtəlif ölkədən 500-dən çox investor
və iş adamı Azərbaycanı ziyarət etdilər və ziyarət çərçivəsində
Azərbaycanda münbit investisiya imkanları ilə tanış etmiş, İBF
Formundan sonra da bizə edilmiş müraciətləri MÜSİAD Azərbaycan
olaraq qəbul edərək bəzi hazırlıq işləri aparırıq. Bildiyiniz kimi
investisiyanın qoyulması müəyyən qədər vaxt tələb edən bir
prosesdir. Bu proses zamanı müəyyən araşdırmalar həyata
keçirilməlidir. İBF forumunun şüarı Asiyanın incisi olan
Azərbaycana yatırım etməklə 320 milyonluq əhalisi olan MDB bazarına
çıxış imkanları haqqında iş adamlarını məlumatlandırmaq və onlara
bu imkanları təqdim etməkdir”.
MÜSİAD Azərbaycan şöbəsinin rəhbəri qeyd edib ki, Qarabağın
yenidən inşa olunmasında şirkətlərin cəlb olunması, bu sahəyə
sərmayə yatırmaq onlar üçün qürur vericidir.
Bizə bu istiqamətdə ilkin mərhələdə əsasən inşaat sahəsində
iştirak etmək üçün müraciət edən şirkətlər olub. Biz eyni zamanda
işğaldan azad olunmuş bölgələrdə yeni iş yerlərinin yaradılması
üçün qoyulan investisiyaları da xüsusi diqqət mərkəzində
saxlayırıq. İBF formunu həyata keçirdyimiz zaman kənd təsərrüfatı,
turizim, inşaat, səhiyyə kimi bir neçə sahə müəyyənləşdirmişdik ki,
xüsusən bu istiqamətlərdə fəaliyyət göstərən şirkətləri Azərbaycana
cəlb etmək bizim öncəliyimiz idi. Qarabağın inşasında Türk
şirkətləri var və bu müaraciətlər hələ də davam edir. Digər
məqsədlərimizdən biri də Türkiyə və Azərbaycan şirkətlərinin birgə
müəssisələrinin təsis edilməsi və buradan da MDB bazarına çıxış
imkanlarını dəyərləndirməkdir. Biz MÜSİAD Azərbaycan olaraq bu
istiqamətdə fəaliyyətlərimizi davam etdirəcəyik”.
Müsahibənin videovariantını təqdim edirik.