Şərqi Zəngəzur və Qarabağın bərpası üçün vəsait artırılmalıdır.
AzerTimes xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, hərbi və müdafiə xərclərinin artırılması da məntiqlidir.
“Ərzaq inflyasiyasının ikirəqəmli həddə qalması narahatlıq doğurur. Bu da aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması üçün əlavə tədbirlər görməyə ehtiyac yaradacaq. Ona görə də inflyasiyanın aşağı salınması üçün tədbirlər görülməlidir”, – M.Quliyev əlavə edib.