“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
AzerTimes xəbər verir ki, “köhlən atlar” II təsnifat mərhələsində İsveçrə “Sürix”ini üstələyəcəyi təqdirdə, “Ferentsvaroş” (Macarıstan) / “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, “Qarabağ” / “Sürix” duelinin qalibi ilk görüşünü 2-3 avqustda öz meydanında, cavab qarşılaşmasını isə avqustun 9-da səfərdə keçirəcək.
Bundan başqa, “Qarabağ”ın UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri də bəlli olub.
“Köhlən atlar” II təsnifat mərhələsində İsveçrə “Sürix”inə uduzacağı təqdirdə, “Linfild” (Şimali İrlandiya)-“Budyo Qlimt” (Norveç) cütünün məğlub komandası ilə üz-üzə gələcək.
Bu turnirdə isə “Qarabağ” ilk oyununu avqustun 4-də səfərdə, cavab görüşünü avqustun 11-də evdə keçirəcək.