Xəbər - Elçin Mehdiyev – Trend:
Bu gün Qarabağın azadlığına aparan Vətən müharibəsinin şəhidlərinin anım günüdür.
Bugünkü toplantımızda şəhidlərin xatirəsini andıq. Qarabağın artıq müharibə ilə deyil, sülh və inkişaf ilə anılmasını istəyirik.
AzerTimes-ın məlumatına görə, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.
M.Çavuşoğlu bildirib ki, bölgə artıq normallaşma dövrünə girməlidir: “Artıq regional iş birliyi və rifaha yönəlik yeni fürsətlər yaranıb və bu yöndə Azərbaycanın önəmli təklifləri olub. Hər kəsin qazanclı çıxacağı bu fürsətlərin bütün ölkələr tərəfindən dəyərləndirilməsini arzulayırıq.
Dövlət başçılarımız cənab Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev bölgədə sülh, əminamanlıq və rifah istəklərini dəfələrlə vurğulayıblar”.
Twitter: @ElchinMehdiyev