Qarabağı tərk edənlər kimlərdir? – “Rus planı” alınmadı

Qarabağı tərk edənlər kimlərdir? – “Rus planı” alınmadı

60-a yaxın Rusiya vətəndaşı Qarabağı tərk edib. Sonuncu dəfə 14 iyunda Rusiya pasportu daşıyan 40-a yaxın şəxs getmişdi. Erməni mənbələr yaxın günlərdə Rusiya pasportu daşıyan şəxslərin bölgəni tərk edəcəyini, onların Laçın sərhəd-keçid məntəqəsindən çıxışı ilə bağlı razılaşmanın olduğunu yazır.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı bildirib.

O qeyd edib ki, Qarabağdakı Rusiya vətəndaşlarının bir qismi sülhməramlı hərbçilərin ailələridir, lakin sülhməramlılar bölgəni tərk etmədiyi üçün ərazini tərk edənlərin onların ailə üzvləri olduğu inandırıcı deyil. Gedənlərin əksəriyyətinin Qarabağda “rus icması”nın üzvləri kimi təqdim edilənlər və Rusiya pasportu daşıyan ermənilər olduğu ehtimalı daha çoxdur:

“Moskva Qarabağda “rus icması” kartını rıçaqlardan biri olaraq saxlayırdı və istisna deyil ki, buna görə sülhməramlılar gəldikdən sonra bir qrup erməniyə pasport da verilib. Lakin Bakının mövqeyi və atdığı addımlar situasiyanı dəyişdirdi, xüsusilə Laçın postunun qurulmasından sonra.

Rusiya posportu daşıyanların Qarabağı tərk etməsi Moskvanın “rus icması” planının mümkün olmayacağını anlaması kimi də qəbul edilə bilər”.

Teqlər: