Qarabağı Rusiya üçün vacib edən səbəb – İsrail kəşfiyyatı

Qarabağı Rusiya üçün vacib edən səbəb – İsrail kəşfiyyatı

Rusiya üçün Qarabağın iki vacib mənası var.

AzerTimes xəbər verir ki, bunu İsrailin “Nativ” kəşfiyyat xidmətinin keçmiş rəhbəri Yakov Kedmi deyib.

“Birincisi, Rusiya üçün Cənubi Qafqazda vəziyyətin sabitləşməsi vacibdir ki, hərbi münaqişəyə heç bir səbəb və bəhanə olmasın. Rusiya Qafqazda vəziyyətin gərginləşməsinin əleyhinədir. İkincisi, Moskva üçün önəmlidir ki, bu və ya digər dəyişiklik Cənubi Qafqazı Ukrayna kimi Rusiyaya qarşı bazaya çevirməsin”.

O qeyd edib ki, Azərbaycan Rusiya ilə münasibətlərini öz maraqlarına görə qurub və bunun Türkiyəyə heç bir aidiyyəti yoxdur. Çünki Azərbaycanın İran, Xəzər dənizi, logistika və iqtisadiyyat baxımından öz mənafeyi və problemləri var:

“Buna baxmayaraq, Türkiyənin Azərbaycana kifayət qədər ciddi təsiri mövcuddur. Ona görə də Türkiyənin mövqeyi Azərbaycanın da mövqeyinə təsir edir”.

Teqlər: