Qarabağı Donbasla müqayisə etmək cahillikdir – Markov

Qarabağı Donbasla müqayisə etmək cahillikdir – Markov

Donbas və Qarabağ. Görürəm ki, bəziləri Qarabağı Donbasla müqayisə etməyə çalışırlar. Bu, tamamilə qəbuledilməzdir və tarixi baxımdan sadəcə cahillikdir.

AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

“Axı Donbas 2014-cü ildə rus dilini qadağan etmək istəklərini gizlətməyən ultramillətçilərin, hətta faşistlərin hakimiyyətinə qarşı üsyan qaldırdı. Qarabağ isə 1988-ci ildə SSRİ-nin hər yerində olduğu kimi, xalqlar arasında dostluq kultu olan tamamilə beynəlmiləl Azərbaycana qarşı üsyan qaldırdı.

Donbas Kiyevdəki çevrilişə cavab verib. Xuntanın hakimiyyəti ələ keçirməsinə və repressiyalarına cavab vermək məcburiyyətində qalıb. Rus xalqı Ukraynadan kütləvi şəkildə qaçıb. Qarabağ isə ilk olaraq üsyanı özü başladıb. Və azərbaycanlılarla elə rəftar ediblər ki, onlar kütləvi şəkildə Qarabağdan qaçıblar.

ABŞ Kiyev xuntasını dəstəkləyir. Donbası isə Moskva. 1988-ci ildə Bakı Moskvanı tuturdu, Moskvanın tam nəzarəti altında idi. Qarabağ Komitəsi isə ABŞ tərəfdarı idi, Bonner, Starovoytova və Yeltsin tərəfindən fəal şəkildə dəstəklənirdi.

Donbası Qarabağla müqayisə edib incitməyin.

Gələcək. Qarabağ Azərbaycanın oldu. Paşinyan onu ABŞ və Fransa ilə “gözəl əyləncə üçün” “təslim” etdi. Donbas əbədi olaraq Rusiya ilədir”, – Markov bildirib.

Teqlər: